Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi
Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazənin verilməsi
Zəruri olan sənədlərin siyahısı
ərizə;
ərizəçi hüquqi şəxs olduqda - dövlət qeydiyyatı haqqında şəhadətnamə;
ərizəçi fiziki şəxs olduqda - şəxsiyyətini təsdiq edən sənədin surəti;
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
atmosfer havasına zərərli maddələrin atılma normativləri layihəsi
2 - TG (hava) dövlət statistik hesabatı;
qəza zamanı və birdəfəlik atılmaların qarşısını almaq məqsədi ilə tədbirlər planı (mövcud texnoloji prosesləri belə hallara yol verə bilən müəssisələr üçün);
atılmanın yol verilən həddi normativlərinə nail olmaq üçün nəzərdə tutulmuş tədbirlər planı;
Xidmət haqqı
I təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - 792 manat;
II təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - 396 manat;
III təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - 198 manat;
IV təhlükəlilik kateqoriyasına aid müəssisələr üçün - 99 manat.
Müddət
7 (yeddi) iş günü
Qeyd
Yeni fəaliyyətə başlayan müəssisələr (1999-cu ildən – Ətraf Mühitin Mühafizəsi haqqında Azərbaycan Respublikası Qanununun qəbulundan sonra) “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə sənədi”ni almaq üçün müraciət etməzdən öncə fəaliyyətə dair dövlət ekoloji ekspertizasının müsbət rəyini əldə etməlidirlər;
IV təhlükəlilik kateqoriyasına aid müəssisələr “Atmosfer havasına zərərli maddələrin atılma normativləri layihəsi” əvəzinə “Atmosfer havasına zərərli maddələrin, ona fiziki təsir mənbələrinin inventarlaşdırma sənədi” və ya “ekoloji pasport” təqdim edə bilər.
Bu xidmət yalnız 5 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçirilir.