14-16 oktyabr 2020-ci tarixində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatının (UNCTAD) “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”nun 4-cü iclası keçirilib.
14-16 oktyabr 2020-ci tarixində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatının (UNCTAD) “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”nun 4-cü iclası keçirilib.
“ASAN Könüllüləri” Təşkilatı Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi son təxribatlar, o cümlədən Silhalı Qüvvələrimiz tərəfindən ərazi bütövlüyümüzün bərpa edilməsi ilə bağlı apardığı haqq işi barədə beynəlxalq könüllü və gənclər təşkilatlarına müraciət ünvanlayıb.
Türkiyənin Van şəhərinin 12 yaşlı sakini İsranur Ermənistanın işğalçı təcavüzündən sonra Azərbaycana dəstək olmaq istəyini ailəsinə bildirib. İsranur ölkəmizə olan sevgisini ifadə edən məktub yazıb və planşet almaq üçün yığdığı 36 lirəni Azərbaycana göndərib.
Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə dəstək məqsədi ilə Şəki şəhər sakini Hikmət Musayev “ASAN xidmət” mərkəzinə gələrək ordumuza 180 manat maddi dəstək olub. O, eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.
Əfqanıstanın “ASAN Khedmat” qurumu Azərbaycanın öz ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı apardığı savaşa dəstəyini nümayiş etdirib. Qurumun rəsmi “Twitter” səhifəsində paylaşdığı məlumatda deyilir: “Əfqanıstan heç vaxt sizin dəstəyinizi unutmayacaq. Sizinlə birlikdə bu çağırış qarşısında məğrurcasına dayanmışıq. Bu çətin zamanlarda siz yalnız deyilsiniz!”
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "ASAN xidmət" mərkəzləri, "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD" publik hüquqi şəxsi və "ASAN Radio" tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat məbləğində vəsait köçürülməsi qərara alınıb.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müraciət etmiş “ASAN xidmət”in yüzlərlə əməkdaşından 36 nəfəri könüllü olaraq ordu sıralarına çağırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə 2020-ci il 28 sentyabr saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edili...
Pandemiya dövründə çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Aparılmış təhlil nəticəsində sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaql...
21 sentyabr 2020-ci il tarixində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatı (UNCTAD) tərəfindən istehsal potensialın artırılması və dayanıqlı inkişaf üçün investisiya, innovasiya və sahibkarlıq üzrə çoxillik ekspert qrupunun 8-ci sessiyası keçirilib. Mövcud pandemiya ilə əlaqədar BMT-nin Cenevrə şəhərindəki mənzil qərargahında fiziki məhdudiyyətlərin qüvvədə olması səbəbindən iclas onlayn...