13 mart 2014-cü il tarixində İsrail Dövlətinin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Rafael Harpaz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin binası və fəaliyyəti ilə tanış olmuşdur.
12 mart 2014-cü il tarixində Gəncə “ASAN xidmət” mərkəzində təşkil təlimlər çərçivəsində nəzarət və mühafizə funksiyalarını həyata keçirən əməkdaşlarla etik davranış qaydalarına dair təlimlər keçirilmişdir.
7 mart 2014-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində “ASAN xidmət” mərkəzi tərəfindən qadın məhkumlara şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı tədbir keçirilmişdir.