Səyyar ASAN xidmət 5 - 19 dekabr tarixində Siyəzən rayonunda, 5 - 24 dekabr tarixində Tovuz şəhərində, 5 - 14 dekabr tarixində isə Qaradağ rayonunun Ələt qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

4 dekabr 2016-cı il tarixində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Sumqayıt regional “ASAN xidmət” mərkəzinin könüllülərinin iştirakı ilə Multikulturalizm ili və Beynəlxaq könüllülər gününə həsr olunmuş tədbir keçirilib.
28-29 noyabr 2016-cı il tarixlərində Ukraynanın Kiyev şəhər Administrasiyasının Dövlət Xidmətləri İdarəsinin direktoru Natalia Şamrainin rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı “ASAN xidmət” mərkəzləri, “ASAN Radio” və Qaradağ rayonunun Sahil qəsəbəsində xidmət göstərən Səyyar ASAN xidmət avtobusunun fəaliyyəti ilə tanış olub.
29 noyabr 2016-cı il tarixində Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun nümayəndə heyəti 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.