8 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi
və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə
Multikulturalizm ili çərçivəsində “Koreya Mətbəxi Festivalı” keçirilib.
8 iyun 2016-cı il tarixində Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Alpər Coşqun 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
6 iyun 2016-cı il tarixində Cənubi Afrika Respublikasının Türkiyə Respublikasındakı səfiri cənab Pule İsaak Malefane-nin rəhbərlik etdiyi CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq İdarəsinin nümayəndə heyəti 5 saylı Bakı “ASAN xidmət” mərkəzi ilə tanış olub.
6 – 15 iyun tarixlərində Səyyar ASAN xidmət Xəzər rayonunun Mərdəkan qəsəbəsində, 6 iyun – 5 iyul tarixlərində Daşkəsən şəhərində sakinlərə səyyar formada xidmət göstərəcək.
İyunun 3-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının “Demokratiya, Qabaqcıl İdarəçilik və Sabitlik” üzrə 1-ci Platformasının “Dövlət İdarəetməsinin İslahatları Paneli”nin 10-cu iclasının iştirakçıları “ASAN xidmət” mərkəzləri ilə tanış olublar.
3 iyun 2016-cı il tarixində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşez 3 saylı Bakı “ASAN xidmət” mərkəzi ilətanış olub.
2 iyun 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Avropa İttifaqının Şərq Tərəfdaşlığ proqramının “Demokratiya, Qabaqcıl İdarəçilik və Sabitlik” üzrə 1-c Platformasının “Dövlət İdarəetməsinin İslahatları Paneli”nin 10-cu iclası keçirilib.