Please ensure Javascript is enabled for purposes of website accessibility
Əmək münasibətlərinin rəsmiləşdirilməsi təşviq edilir Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir.

Səyyar ASAN xidmət davam edir Ətraflı

Səyyar ASAN xidmət 3 sentyabr – 2 oktyabr İmişli, Xaçmaz, Lənkəran, Ağcabədi, İsmayıllıda, 3 – 27 sentyabr Qazaxda, 20 – 29 sentyabr Qobustan qəsəbəsində, 21 sentyabr – 2 oktyabr Dəliməmmədli şəhərində, 21 sentyabr – 5 oktyabr Masazırda, 26 sentyabr – 15 oktyabr Göyçayda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

“ASAN xidmət” təcrübəsi Uqanda Respublikasında tətbiq olunacaq Ətraflı

21 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sudan nümayəndə heyəti “ASAN xidmət”də Ətraflı

18-23 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin iclasında iştirak etmək məqsədi ilə Sudan Respublikası Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.

Dövlət Agentliyində növbəti görüş Ətraflı

19 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Asiya İnkişaf Bankının ekspertləri ilə görüş keçirilib.