Please ensure Javascript is enabled for purposes of website accessibility

Oksford tələbələrinin "ASAN xidmət"dəki təcrübə proqramı başa çatıb

Oksford Universitetinin tələbələri üçün "ASAN xidmət"də reallaşdırılan Yay Təcrübə Proqramı başa çatıb. Proqramın məqsədi nüfuzlu universitetlərdə dövlət xidmətləri və dövlət idarəetməsi sahəsində “ASAN xidmət” təcrübəsi əsasında elmi işlərin hazırlanmasıdır.

Bununla əlaqədar təşkil olunan  mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov tələbələri proqramı uğurla başa vurmaqları ilə əlaqədar təbrik edib, onlara təhsil həyatlarında və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Proqramın iştirakçıları öz növbəsində ölkəmizdə olmaqdan məmnunluqlarını ifadə edib, yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Yay Təcrübə Proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Oksford Universitetinin Blavatnik İdarəçilik Məktəbi arasında həyata keçirilən uğurlu əməkdaşlıq çərçivəsində baş tutub.

6 həftəlik müddətdə Oksford Universitetinin 3 tələbəsi Dövlət Agentliyinin müxtəlif struktur bölmələrində və "ASAN xidmət" mərkəzlərində təcrübə proqramına cəlb olunmaqla qurumun yaradılması məqsədləri, fəaliyyət istiqamətləri  və gələcək planlar barədə məlumatlandırılıb.

A- A A+

Digər press-relizlər