Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in süni intellekt həlləri beynəlxalq forumda

Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətlərinin Süni İntellekt Forumu keçirilib

Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin və Türk Dövlətləri Təşkilatının birgə   reallaşdırdığı tədbirdə süni intellektin gələcəyi və sosial-iqtisadi inkişafdakı rolu müzakirə edilib. 


        
Forumda süni intellekt sahəsində ixtisaslaşmış şirkətlərdən və Təşkilata üzv ölkələrin rəhbər şəxslərindən ibarət 200-dən çox nümayəndə iştirak edib.


Əsas məqsəd dövlət və özəl sektorda müvafiq sahənin inkişafı ilə bağlı regional əməkdaşlığın və rəqəmsal transformasiyanın gücləndirilməsi, araşdırmaların və innovasiyaların təşviqi olub.


Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi “Süni intellekt tənzimlənməsi və dövlət xidmətlərinin göstərilməsi” panelində çıxış edib. O, “ASAN xidmət”in süni intellekt strategiyası, süni intellektin dövlət xidmətlərinə tətbiqi barədə məlumat verib. 

    


Müzakirələrdə həmçinin dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ümumi yanaşmanın formalaşdırılması və bu sahədə iştirakçı ölkələr arasındakı əməkdaşlıq imkanlarından söz açılıb.

A- A A+

Digər press-relizlər