Please ensure Javascript is enabled for purposes of website accessibility

“ABAD” Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi keçirib

16 iyun 2023-cü il tarixində “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı ilə Şəki Keramika və Tətbiqi Sənət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndərim” sərgisi baş tutub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev,  Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qonaqlar Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyətindən, ölkəmizin tərəqqisi, çiçəklənməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən söz açıblar.  

Sonra ABADçıların əl işlərindən, rəsm əsərlərindən və şəkillərdən ibarət sərgi ilə tanışlıq olub. Eksponatlar dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında işlənilib. Məhsulların hər biri sərgidən sonra “ABAD” etno-butiklərində satışa çıxarılacaq.

Tədbir çərçivəsində  "ABAD”ın ilk qonaq evi olan “Art Hotel by ABAD Guest”in açılışı baş tutub. Qonaqlar şərq üslübünda dizayn edilmiş butik hotelin 8 nömrəsi ilə tanış olublar. Burada 20 nəfərədək qonağı yerləşdirmək imkanı var və hər nömrə zəruri infrastrukturla təmin olunub.


Qonaqlar üçün qədim sənətkarlıq emalatxanalarından yararlanmaq üçün  xüsusi endirimlər nəzərdə tutulur. Burada qış mövsümü üçün restoran,  yay üçün açıq terras təşkil olunacaq.


Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir konsert proqramı ilə yekunlaşıb.

A- A A+

Digər xəbərlər