Please ensure Javascript is enabled for purposes of website accessibility

Beynəlxalq konfransın iştirakçıları “ASAN xidmət” mərkəzi ilə tanış olublar

24 sentyabr 2014-cü il tarixində  Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı  “ASAN xidmət” mərkəzi ilə tanış olublar. 24 sentyabr 2014-cü il tarixində  Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı  “ASAN xidmət” mərkəzi ilə tanış olublar. Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır. Mərkəzdə yerləşən innovativ tətbiqlər - “Müraciət köşkü”, “Elektron ərizə” avadanlığı və digərləri qonaqlara nümayiş etdirilib. Qonaqlar, həmçinin, Səyyar ASAN xidmət avtobusu ilə yaxından tanış olublar. Səyyar ASAN xidmətin dövlət xidmətlərinin həyata keçirilməsində örnək addım olduğunu qeyd edən qonaqlar bu cür təcrübənin bir çox dövlətlərdə tətbiqinin müstəsna əhəmiyyətini vurğulayıblar.  “ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

24 sentyabr 2014-cü il tarixində  Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı  “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

24 sentyabr 2014-cü il tarixində  Bakıda keçirilən “İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı  “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

Qonaqları salamlayan Dövlət Agentliyinin sədri İnam Kərimov “ASAN xidmət” mərkəzlərinin yaradılması, məqsədləri, inkişaf yolu, həyata keçirdiyi xidmət növləri, həmçinin gələcək planlara dair geniş məlumat verib. Bildirilib ki, Azərbaycan ixtirası və brendi olan “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaşların rahatlığının, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Mərkəzdə yerləşən innovativ tətbiqlər - “Müraciət köşkü”, “Elektron ərizə” avadanlığı və digərləri qonaqlara nümayiş etdirilib.

Qonaqlar, həmçinin, Səyyar ASAN xidmət avtobusu ilə yaxından tanış olublar. Səyyar ASAN xidmətin dövlət xidmətlərinin həyata keçirilməsində örnək addım olduğunu qeyd edən qonaqlar bu cür təcrübənin bir çox dövlətlərdə tətbiqinin müstəsna əhəmiyyətini vurğulayıblar. 

“ASAN xidmət” mərkəzində yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar buradakı əməkdaşların peşəkar yanaşmasını yüksək qiymətləndirib, mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

A- A A+

Similar press-releases

More
More