Ərizə – anket
fiziki şəxslər – şəxsiyyət vəsiqəsinin və vergi ödəyicisi kimi uçota alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti;
hüquqi şəxslər – hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti, vergi uçotuna alınmanı təsdiq edən şəhadətnamənin (VÖEN) surəti;
ərizəçinin nümayəndələri müraciət etdikdə onun səlahiyyətlərini təsdiq edən sənədin və şəxsiyyət vəsiqəsinin surəti;
ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti.
Obyektlərin və subyektlərin qeydiyyatı üçün dövlət rüsumu nəzərdə tutulmamışdır;
Qida obyektlərinin təsdiq olunması üzrə orta və iri sahibkarlıq subyektləri üçün – 150 manat.
Mikro və kiçik sahibkarlıq subyektlərinin, habelə bələdiyyə və dövlət orqanlarının (qurumlarının) cavabdeh olduqları obyektlərin təsdiqi üçün dövlət rüsumu nəzərdə tutulmamışdır.
Obyektlərin və subyektlərin qeydiyyatı üzrə 7 (yeddi) iş günü;
Təsdiqi tələb olunan qida obyektlərinin təsdiqi üzrə 30 (otuz) iş günü.