Şəxsiyyət vəsiqəsi
Qeydiyyat və qəbul mərhələləsi üzrə universitetin və ya seçilmiş ixtisasın tələblərinə əsasən digər sənədlər tələb edilir
Konsultasiya xidməti – ödənişsiz
Standart xidmət paketi – 900 AZN
Plus xidmət paketi – 1500 AZN
Konsultasiya xidməti – dərhal
İlkin müraciət və sorğular üzrə cavabların əldə olunması, 5 – 15 iş günü
Universitetə qəbul və qeydiyyat müddəti universitetin daxili prosedurlarından asılı olaraq dəyişir
Mərkəzlər: 1,2,3,4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri
Qeyd: Konsultasiya prossesində müraciət edən şəxsin təhsil almaq istədiyi istiqaməti, universitet, fakültə/ixtisas, şəhər və büdcə üzrə tələbləri müəyyən edilir, mövcud qəbul imkanları və xidmət şərtləri barədə məlumat verilir.
Standart xidmət paketində tələb olunan sənədlərin tərcüməsi, notariat qaydasında təsdiqi, apostil və ya leqallaşdırılması üzrə xidmətlər və əlaqəli xərclər müraciət edən şəxs tərəfindən təmin edilir. Bu xidmət paketində maksimum 5 ixtisas üzrə sorğu limiti tətbiq edilir.
Plus xidmət paketində tələb olunan sənədlərin tərcüməsi, notariat təsdiqi, apostil və ya leqallaşdırılmasının və əlaqəli xərclər xidmət tərəfindən təmin edilir. Bu xidmət paketində sorğu limiti tətbiq edilmir. Əlavə olaraq tələbənin seçdiyi şəhər və universitet üzrə ilkin praktiki məlumatlandırma, o cümlədən marşrut, yerləşmə, yataqxana və kirayə mənzil imkanları barədə məlumat dəstəyi göstərilir.
Müraciət edən şəxs ilə Standart və ya Plus xidmət paketi üzrə müqavilə bağlanıldıqda xidmət haqqının müəyyən məbləği ilkin olaraq ödənilir.