Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi
Zəruri olan sənədlərin siyahısı
- Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- Vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surət. Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa) və digər aidiyyəti sənədlər.
Xidmət haqqı
İcazənin verilməsi üçün dövlət rüsumu tələb olunmur.
Müddət
7 iş günü