Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin verilməsi
Zəruri olan sənədlərin siyahısı
- Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- Ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- Vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti
Ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa) və digər aidiyyəti sənədlər.
- Müvafiq fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitə təsirin səviyyəsini və onun səbəblərini müəyyən edən müstəqil ekspertlər tərəfindən keçirilən ekspertiza rəyi
- İcazə şərtlərinin (icazədə göstərilmiş hərəkətin yerinə yetirilməsi ilə bağlı icazə şərtlərində hər hansı dəyişiklik edilmişdirsə) yerinə yetirilməsini təsdiq edən sənədlər.
Xidmət haqqı
İcazənin verilməsi üçün dövlət rüsumu tələb olunmur.
Müddət
7 iş günü