- Ərizə
-bağlanmış müqavilənin (kontraktın) surəti;
-ixrac edilən malın mənşə sertifikatının surəti;
-ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;
- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti
-ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyalarından asılı olaraq, ərizəyə (sifarişə) aşağıdakı sənədlər əlavə olunmalıdır:
Nüvə materialları, texnologiyaları, qurğuları, radioaktiv ionlaşdırıcı şüa mənbələri və izotoplar, partlayıcı maddələr və vasitələr üzrə:
- ixrac, idxal, təkrar ixrac, təkrar idxal üçün müvafiq olaraq malın istifadəsinə, saxlanılmasına və daşınmasına verilmiş xüsusi icazənin surəti, malalan (malgöndərən), istehsalçı, son istifadəsi və istifadəçisi haqqında aidiyyəti Dövlət orqanı tərəfindən təsdiq edilmiş ətraflı məlumat, malın texniki göstəriciləri, təhlükəsizliyinin və fiziki mühafizəsinin təmin edilməsi, nəqliyyat vasitələrinin növləri və onların mənsub olduqları ölkə barədə məlumatlar;
- tranzit üçün xarici ölkələrin diplomatik missiyalarının müraciətləri əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubu, malalan (malgöndərən), istehsalçı, malın son istifadəsi və istifadəçisi haqqında ətraflı məlumat, malın texniki göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin növləri və onların mənsub olduqları ölkə barədə məlumatlar;
Toksiki kimyəvi maddələr, insan həyatı və heyvanlar aləmi üçün təhlükəli olan patogenlər, genetik cəhətdən dəyişdirilmiş mikroorqanizmlər və toksinlər, prekursorlar üzrə:- ixrac, idxal, təkrar ixrac, təkrar idxal üçün malalan (malgöndərən), istehsalçı, malın son istifadəsi və istifadəçisi, təyinatı üzrə istifadə edilməsi haqqında müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş ətraflı məlumat, malın texniki göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi barədə məlumatlar;
- tranzit üçün malalan (malgöndərən), son istifadəçi, malın texniki göstəriciləri və nəql edilməsində təhlükəsizliyin təminatı haqqında məlumatlar.
100 AZN
7 iş günü