Ərizə
-ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxsləri
dövlət reyestrindən çıxarışın surəti;
-ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
-ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
-ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər lisenziya tələb olunan fəaliyyətin həyata keçirilməsi və icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa),
-hüquqi şəxs əvvəlki ildə fəaliyyət göstərdiyi halda son bir il üzrə maliyyə hesabatı yaxud bank hesabından çıxarış;
-balans mənsubiyyəti və kommersiya uçotu qurğularının quraşdırıldığı nöqtələr göstərilməklə, icazə tələb olunan hərəkətin həyata keçirildiyi obyektin, ötürücü və paylayıcı sistem operatorları tərəfindən isə, həmçinin müvafiq şəbəkənin sxemi;
-hüquqi şəxsin nizamnaməsinin (xarici hüquqi şəxsin filialının və ya nümayəndəliyinin əsasnaməsinin) notarial qaydada təsdiq edilmiş surəti, hüquqi şəxsin təsisçiləri (iştirakçıları), müşahidə şurası (direktorlar şurası) və icra orqanının üzvləri (təkbaşçı icra orqanı) barədə məlumatlar, habelə olduğu halda, təsis müqavilələri və kənar (etibarnaməli) idarəçilik müqavilələrinin notarial qaydada təsdiq edilmiş surətləri;
-fərdi sahibkarın elektroenergetika sektorunda fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunan əmlakı etibarnamə ilə idarəetməyə verildiyi halda, bu barədə müqavilənin notarial qaydada təsdiq olunmuş surəti;
-lisenziya və icazə şərtlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər,
-ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi.
150 AZN
7 iş günü