Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd (tələbənin və valideynlərin);
Təhsil Tələbə Kreditinin alınması üçün notariat qaydasında təsdiq edilmiş ərizə;
Mobil nömrə;
Tələbənin doğum haqqında şəhadətnaməsi;
Tələbənin özünün və ya valideynlərinin yaşayış yeri üzrə qeydiyyatı Naxçıvan Muxtar Respublikasıdırsa, müvafiq sosial statusu (ünvanlı dövlət sosial yardımı alma; əlillik dərəcəsi; yaşa görə əmək pensiyası, yaşa görə sosial müavinət, işsiz statusu) təsdiq edən sənəd arayış.
Tələbənin yaşı 18 yaş və ondan yuxarı olduqda yalnız özü, yetkinlik yaşına çatmadığı təqdirdə isə valideyn(lər)i və ya himayəçisi ilə birgə.
Ödənişsiz
Notarius tərəfindən verilən razılıq ərizəsi 18 yaş və yuxarı olan şəxslər üçün yalnız ilkin müraciət zamanı tələb olunur və növbəti müraciətlərində istifadə edə bilir.
Mobil nömrə işlək olmalıdır.
Tələbə illik təhsil haqqı məbləğini, son semestr üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) nəticəsini (və ya DİM qəbul balını) bilməlidir.