Hüquq sahibinin ərizəsi;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Torpaq sahəsinə dair aşağıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən biri:
Yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri və ya Yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən “Torpaq qeydi” sənədləri;
Torpaq sahələrinin ayrılması barədə rayon, şəhər, qəsəbə və kənd zəhmətkeşdeputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları;
Tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr;
Şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr;
Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş pasportlar;
şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə;
Torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş Rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin qərarları;
Kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış;
Üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);
yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; həmçinin arxiv arayışı;
Fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;
Yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar;
2007-ci il mayın 22-dək vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
Dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;
qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr;
qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
daşınmaz əmlak üzərində hüquqları təsdiq edən dövlət aktları və şəhadətnamələr;
06.07.2006-cı il tarixdən 24.06.2009-ci ilədək müvafiq icra hakimiyyəti (ƏMDK) tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamə;
ƏMDX-nin alqı satqı (özəlləşmə) müqaviləsi və haqq-hesab vərəqəsi (borcun tam ödənməsi barədə sənəd).
Torpaq sahəsi üzərində hüquqların ilkin dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən texniki sənəd (müvafiq sxem, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsinin təhkim aktı və s.).
Torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə elektron çıxarışların verilməsi - 50 manat
Digər təyinatlı torpaqlar olduğu təqdirdə (texniki inventarlaşdırma aparılmadığı hallarda)(10 iş gününə verildikdə 120 manat x/h 7 iş gününə verildikdə 180 manat x/h, 3 iş gününə verildikdə 240 manat x/h, 1 iş gününə verildikdə 360 manat x/h
Yaşayış məntəqələrinə aid torpaqlar olduğu təqdirdə (texniki inventarlaşdırma aparılmadığı hallarda)(10 iş gününə verildikdə 36 manat x/h 7 iş gününə verildikdə 54 manat x/h, 3 iş gününə verildikdə 72 manat x/h, 1 iş gününə verildikdə 108 manat x/h
kənd təsərrüsfatı təyinatlı torpaqlar olduğu təqdirdə (texniki inventarlaşdırma aparılmadığı hallarda)(10 iş gününə verildikdə 10 manat x/h 7 iş gününə verildikdə 15 manat x/h, 3 iş gününə verildikdə 20 manat x/h, 1 iş gününə verildikdə 30 manat x/h
texniki sənədlərin (ilkin texniki inventarlaşdırılma, texniki pasport və plan ölçü) verilməsi üçün – 75 manat dövlət rüsumu
Bakı şəhəri üzrə (I və IV bəndləri)
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sahəsi 5,0-ha dək olduqda:
15 iş gününə verildikdə 110 manat x/h, 10 iş gününə verildikdə 165 manat x/h, 5 iş gününə verildikdə 220 manat x/h, 2 iş gününə verildikdə 330 manat x/h
Sahəsi 5,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 10 manat x/h
Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə sahəsi 0,06 ha-dək olduqda:
15 iş gününə verildikdə 236 10 iş gününə verildikdə 300 manat x/h, 5 iş gününə verildikdə 400 manat x/h, 2 iş gününə verildikdə 600 manat x/h
Sahəsi 0,06 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün 5 manat x/h
Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə sahəsi 1,0 ha-dək olduqda
15 iş gününə verildikdə 620 10 iş gününə verildikdə 750 manat x/h, 5 iş gününə verildikdə 1000 manat x/h, 2 iş gününə verildikdə 1500 manat x/h
Sahəsi 1,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 100 manat x/h
Abşeron rayonu, Gəncə, Sumqayıt, şəhərləri-
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sahəsi 5,0-ha dək olduqda:
15 iş gününə verildikdə 80 manat x/h, 10 iş gününə verildikdə 120 manat x/h, 5 iş gününə verildikdə 160 manat x/h, 2 iş gününə verildikdə 240 manat x/h
Sahəsi 5,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 8 manat x/h
Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə sahəsi 0,06 ha-dək olduqda:
15 iş gününə verildikdə 160, 10 iş gününə verildikdə 240 manat x/h, 5 iş gününə verildikdə 320 manat x/h, 2 iş gününə verildikdə 480 manat x/h
Sahəsi 0,06 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün 4 manat x/h
Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə sahəsi 1,0 ha-dək olduqda
15 iş gününə verildikdə 400, 10 iş gününə verildikdə 600 manat x/h, 5 iş gününə verildikdə 800 manat x/h, 2 iş gününə verildikdə 1200 manat x/h
Sahəsi 1,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 80manat x/h
Digər şəhər və rayonlarda
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sahəsi 5,0-ha dək olduqda:
15 iş gününə verildikdə 70 manat x/h, 10 iş gününə verildikdə 105 manat x/h, 5 iş gününə verildikdə 140 manat x/h, 2 iş gününə verildikdə 210 manat x/h
Sahəsi 5,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 7 manat x/h
Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə sahəsi 0,06 ha-dək olduqda:
15 iş gününə verildikdə 140, 10 iş gününə verildikdə 210 manat x/h, 5 iş gününə verildikdə 280 manat x/h, 2 iş gününə verildikdə 420 manat x/h
Sahəsi 0,06 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün 3.5 manat x/h
Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə sahəsi 1,0 ha-dək olduqda
15 iş gününə verildikdə 350, 10 iş gününə verildikdə 525 manat x/h, 5 iş gününə verildikdə 700 manat x/h, 2 iş gününə verildikdə 1050 manat x/h
Sahəsi 1,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 70 manat x/h
İşğaldan azad olunmuş ərazilərdə
Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sahəsi 5,0-ha dək olduqda:
15 iş gününə verildikdə 50 manat x/h, 10 iş gününə verildikdə 75 manat x/h, 5 iş gününə verildikdə 100 manat x/h, 2 iş gününə verildikdə 150 manat x/h
Sahəsi 5,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 5 manat x/h
Yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə sahəsi 0,06 ha-dək olduqda:
15 iş gününə verildikdə 100, 10 iş gününə verildikdə 150 manat x/h, 5 iş gününə verildikdə 200 manat x/h, 2 iş gününə verildikdə 300 manat x/h
Sahəsi 0,06 ha-dan çox olduqda, hər əlavə 0,01 ha üçün 2.5 manat x/h
Digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə sahəsi 1,0 ha-dək olduqda
15 iş gününə verildikdə 250, 10 iş gününə verildikdə 375 manat x/h, 5 iş gününə verildikdə 500 manat x/h, 2 iş gününə verildikdə 750 manat x/h
Sahəsi 1,0 ha-dan çox olduqda, hər əlavə 1,0 ha üçün 50 manat x/h
Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər.
Daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsinə görə 30 manat x/h tutulur.
Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması zamanı xidmət haqqı I bölmənin müvafiq tariflərinə 0,2 əmsal tətbiq edilməklə, lakin minimum məbləğ 20 manatdan az olmamaqla hesablanır (baş vermiş dəyişikliklər 30 %-dən çox olduğu hal istisna olmaqla).