Sifarişçinin şəxsiyyət vəsiqəsi;
Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması, torpaq sahəsi üzərində mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd:
çıxarış (texniki pasportla birlikdə);
qeydiyyat vəsiqəsi (texniki pasportla birlikdə);
çıxarış (torpaq sahəsinə aid plan və ölçü ilə birlikdə);
notariat qaydasında təsdiq edilmiş icarə, alqı-satqı, bağışlama (mülkiyyət sənədinin surəti və texpasportu ilə birlikdə), daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qabaqcadan qeydiyyata alınması barədə Daşınmaz əmlakın dövlət reyestrindən arayış
Bağlar İdarəsi tərəfindən verilmiş order və ya müqavilə;
Vərəsəlik haqqında şəhadətnamə;
AR sonuncu Mənzil Məcəlləsi qanuni qüvvəyə minənədək verilmiş order;
İcra hakimiyyəti orqanının sərəncamı, Bələdiyyə qərarı (ayrıc aktı ilə birlikdə);
torpaqların icarə və ya istifadə hüququna dair Dövlət Aktı, şəhadətnamə, çıxarış və müqavilə
Tələb olunan elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənəd (yük hesabatı)
“Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 03.05.2024-cü il tarixli 4 nömrəli qərarı ilə müəyyən olunur.
Məişət istehlakçılarının (0,4 kV-luq şəbəkədən) elektrik şəbəkəsinə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən etibarən 20 gündən gec olmayaraq təmin edilir.
Qeyd 1: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintiyə icazənin verilməsi və məlumatlandırma icraatı haqqında məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirildikdə müraciət qəbul olunur.
Qeyd 2: Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Qeyd 3: Vərəsəlik haqqında şəhadətnamədə digər vərəsələr olduqda müraciət edən şəxs digər şəxslərin notariat qaydasında təsdiqlənmiş razılıq ərizələrini (vərəsələrin özlərinin yazılı razılığını birbaşa mərkəzdə verdiyi hallar istisna olmaqla) təqdim etməlidir.
Qeyd 4: Sifarişçi tərəfindən obyekt üçün tələb olunan enerji gücü ETM və ya müvafiq lisenziyalı təşkilat tərəfindən hesablanmış yük hesabatına uyğun olaraq müəyyən olunur.
Qeyd 5: Sifarişçinin tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. Əlavə gücün alınması ilə bağlı müraciət olunduqda ərizə, mövcud texniki şərt və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.06.2024-cü il tarixli, 315 nömrəli qərarına uyğun olaraq mülkiyyət hüququnu təsdiq edən sənədlər tələb olunur.
Qeyd 6: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən qeydiyyatdan keçmiş icarə müqaviləsinin əsli təqdim edildiyi halda notarial təsdiqi tələb olunmur.
Qeyd 7: Uçot nöqtəsi olan ünvanlara yeni uçot nöqtəsinin açılması ilə əlaqədar müraciətlər qəbul edilmir.
Qeyd 8: Sifarişçi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri tərəfindən ona verilmiş texniki şərti itirdikdə, o, həmin sənədin dublikatının alınması üçün abonent kodunu və şəxsiyyət vəsiqəsini təqdim etməklə Mərkəzlərə müraciət edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilir. Digər müəssisələr tərəfindən verilən Texniki şərt itirildikdə aidiyyəti üzrə ETŞ-ə müraciət edilməlidir.
Qeyd 9: Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu və ya payçıların özləri iştirak etdiyi hallar istisna olmaqla) onların notarial qaydada razılıq ərizəsi tələb olunur.