Ünvan
- 1. Ünvan Azərbaycan Respublikası, Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104, AZ5500 sheki@asan.gov.az 108 Çağrı Mərkəzi
- 2. Avtobus marşrutları 1a, 2, 4, 7, 9, 14, 22, 24
Mərkəz müvafiq xidmətlər üzrə ərazi məhdudiyyəti (kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi xidmətləri istisna olmaqla) olmadan fəaliyyət göstərir.
Kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidməti üzrə yalnız Şəki, Qax, Zaqatala, Balakən, Yevlax, Mingəçevir və Ağdam rayonlarına, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı xidməti üzrə Şəki və Qax rayonlarına, əmək pensiyalarının təyin edilməsi xidməti üzrə isə Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarına xidmət göstərilir.
Bakı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri bazar ertəsi - cümə günləri saat 09:00-dan-18:00-dək, digər regional mərkəzlər isə bazar ertəsi - cümə günləri saat 09:00-17:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir. Şənbə və bazar günləri Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" mərkəzləri saat 09:30-17:00-dək, digər regional mərkəzlər isə saat 09:00-16:00-dək nahar fasiləsi olmadan fəaliyyət göstərir.
“ASAN xidmət” mərkəzlərində notariat fəaliyyəti ilə bağlı növbələrin verilməsi mərkəzlərin iş vaxtının bitməsindən 1 saat, digər xidmətlərlə bağlı sənədlərin qəbulu üçün növbələrin verilməsi isə 30 dəqiqə əvvəl dayandırılır.