Please ensure Javascript is enabled for purposes of website accessibility

“Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarəolunması sahəsində ekoloji maarifləndirmənin artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası təşkil edilib.

Aksiya 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin qarşısında keçirilib. Tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu 363 litr olan plastik, 85 litr olan şüşə tullantı, həmçinin 158 ədəd işlənmiş batareya təhvil verərək, əvəzində badam, ərik, Eldar şamı və sərv tingləri əldə ediblər.

Aksiyanın əsas məqsədi əhalinin tullantıların çeşidlənməsi və təkrar emala yönləndirilməsi prosesində fəal iştirakını təmin etmək, tullantıların ətraf mühitə mənfi təsirlərini azaltmaq, ekoloji düşüncəni formalaşdırmaq, eyni zamanda, yaşıllıqların artırılmasına və cəmiyyətin ekoloji məsuliyyətinin gücləndirilməsinə töhfə verməkdir.

A- A A+

Digər press-relizlər