Please ensure Javascript is enabled for purposes of website accessibility

Səyyar ASAN Xidmət Şəkidə

Azərbaycan Respublikasının Prezidentinin  tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə davam edir.

Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda  Sabirabad və Saatlı, Şamaxı şəhərində  Şamaxı, Qobustan və Ağsu,  Salyan rayonunda  Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda  Astara, Qəbələ rayonunda  Qəbələ , Kürdəmir rayonunda  Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran  şəhərində Lənkəran və Lerik, Yevlax rayonunda Mingəçevir və Yevlax, Cəlilabad rayonunda  Cəlilabad və Biləsuvar, İmişli rayonunda isə İmişli   rayonunun sakinlərinə Səyyar “ ASAN  Xidmət” göstərilmişdir.

Cari ilin 19 oktyabr –2 noyabr  tarixində Şəki və Oğuzun  ümumi sayı 215000-dən çox olan sakini  Səyyar “ASAN  Xidmət”dən  Şəki şəhərində  yararlana biləcəklər. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti                                 

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi

Sürücülük vəsiqələrinin dəyişdirilməsi

Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi

Əmək pensiyalarının təyin edilməsi

Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi

Xatırladaq ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

İndiyədək Səyyar “ASAN Xidmət” çərçivəsində  16 məntəqədə 28  rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilmişdir. Ümumilikdə 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

 

A- A A+

Digər press-relizlər