Please ensure Javascript is enabled for purposes of website accessibility

Şəki "ASAN Həyat" kompleksi - 5 il

Şəki “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 29 oktyabr 2018-ci il tarixində baş tutub.

Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, "ABAD" mərkəzi, ASAN Təlim mərkəzi, ASAN kinoteatr, ”ASAN peşə”, “INNOLAND AREA” mərkəzi,  ASAN Kafe və ASAN park fəaliyyət göstərir.
 
Şəki regional “ASAN xidmət” mərkəzi 11 dekabr 2018-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Şəki, Zaqatala, Qax və Oğuz rayonlarında qeydiyyatda olan 418 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 1 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.
 
“ASAN peşə”  - ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi üçün yaradılmışdır. Burada tütünçülük, laboratoriya, bağçılıq, logistika-texnologiya, ipəkçilik və fındıq yetişdirilməsi, eləcə də gənclərin dərzi, informasiya texnologiyaları peşələrinə yiyələnmələri lazımi şəraitə malik sinif otaqları mövcuddur.
 
“INNOLAND AREA” mərkəzinin yaradılmasında məqsəd regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək və regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən regionlarda yaşayan 4-19 yaş arası uşaq və gənclərin inkişafı üçün mühəndislik və robototexnika sahəsində dərnəklər və təlimlər təşkil etmək və onları sahibkarlıq, biznes, innovasiya, startap, layihə idarəetməsi və s. kimi fərqli sahələrdə məlumatlandırmaq və maarifləndirmək əsas hədəflərdəndir.
 
Kompleksdə 150 nəfər tutumu olan 2 kinoteatr var.
 
Mərkəzdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş ASAN kafe, uşaq guşəsi də fəaliyyət göstərir.
 
Kompleksin həyətində sahəsi 2.4 hektarlıq “ASAN park” salınıb. Parkın ərazisində fəvvarə, uşaq meydançası, açıq havada konsert meydançası və kafe fəaliyyət göstərir. Həmçinin velosiped və avtomobil dayanacağı da salınıb.

A- A A+

Digər press-relizlər