Please ensure Javascript is enabled for purposes of website accessibility

“Mitsubishi Corporation” şirkətinin nümayəndəsi "ASAN xidmət"də

“Mitsubishi Corporation” şirkətinin İstanbul filialının baş direktorunun müavini Gaku Takahaşi "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Görüş zamanı qonağa, həmçinin Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri, sosial innovasiyalar sahələrində həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi diqqətə çatdırılıb.

Qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yerində tanış olub.

A- A A+

Digər press-relizlər