Please ensure Javascript is enabled for purposes of website accessibility

Dövlət Agentliyinin sədri “Yüksəliş”in qalibi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi Xanım Daşdəmirova ilə görüşüb.

Sədr qalibi təbrik edib və mentoru olaraq birillik fərdi inkişaf planı əsasında onunla peşəkar əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, bacarıqlarının artırılması istiqamətində layihələrə cəlb olunmasına lazımi şərait yaradacağını bildirib.

Görüşdə Ülvi Mehdiyev müsabiqə qalibini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün ona müvafiq tapşırıqlar təqdim edib.

Xanım Daşdəmirova isə səmimi qəbula görə təşəkkür edərək Mentorluq proqramı çərçivəsində Ülvi Mehdiyevin təcrübəsindən faydalanmaq istədiyini bildirib.

A- A A+

Digər press-relizlər