Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” təcrübəsi Türkiyədə

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi 7 saylı Bakı “ASAN xidmət” mərkəzində gerçəkləşib. Dövlət Agentliyinin sədri qonaqları “ASAN xidmət” mərkəzi və "Bilim Bakı", həmçinin “INNOLAND” İnkubasiya və Akselerasiya mərkəzinin fəaliyyəti ilə tanış edib.
 

Bilirilib ki, Türkiyə Respublikasında ASAN təcrübəsi əsasında xidmət mərkəzlərinin yaradılması nəzərdə tutulub. Eləcə də “metaverse” üzərindən yeni layihələrin həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb.
 

Görüş çərçivəsində 2020-ci ilin 25 fevral tarixində Bakı şəhərində Dövlət Agentliyi və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçirilən işlər və planlaşdırılan layihələr də müzakirə olunub.
 

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

A- A A+

Digər press-relizlər