Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib

8 may 2026-cı il tarixində Bakı Konqres Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda gənclər forumu təşkil olunub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdən sonra “ASAN xidmət”in kollektivi Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət edib və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Bundan başqa ASAN könüllüləri tərəfindən də Heydər Əliyevin siyasi kursunun, azərbaycançılıq ideologiyasının və dövlətçilik irsinin gənclər arasında təbliği məqsədilə könüllülük dəyərlərinin təşviqinə yönəlmiş silsilə tədbirlər – sənədli film nümayişi, konfrans, sərgi, ziyarətlər, intellektual və idman yarışları, ekskursiyalar və görüşlər təşkil edilib.

A- A A+

Digər press-relizlər