Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in təşkilatçılığı ilə beynəlxalq forumda sessiyalar başlayıb

“ASAN xidmət”in təşkilatçılığı ilə Gülüstan sarayında, “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda təşkil olunan beynəlxalq Forumda sessiyalar başlayıb.

İlk sessiya “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün dövlət xidmətlərində innovasiyaların tətbiqi” mövzusuna həsr olunub. BMT-nin İqtisadi və Sosial Departamentinin Dövlət xidmətlərində innovasiyalar bölməsinin keçmiş rəhbəri,  beynəlxalq ekspert  Con-Meri Kauzyanın moderatorluğu ilə keçirilən sessiyada  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Moldova Respublikasının Baş Nazirinin müavini Yurie Tsurkanu, Uqanda Respublikasının dövlət xidməti naziri Vilson Muruli Mukasa,  Özbəkistan Respublikasının ədliyyə naziri Akbar Taşkulov,  Maldiv Respublikasının ətraf mühit, iqlim dəyişikliyi və texnologiya naziri Mohamed Şarif, Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye nazirinin müavini Askar Jambakin, İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar nazirinin baş müşaviri Məhəmməd İmanuddin, “StartupBlink”in icraçı direktoru Eli David çıxış ediblər.


Sessiyada əsas çıxışlar və müzakirələr dövlət xidmətlərinin göstərilməsi ilə əlaqədar vətəndaş məmnunluğunun əldə edilməsi üçün hazırkı dövrdə və gələcəkdə innovasiyaların tətbiqinin vacibliyi ilə əlaqədar olub.

A- A A+

Digər press-relizlər