Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət”in nümayəndəsi BMT-nin sessiyasında iştirak edib

29 avqust -1 sentyabr tarixində BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyasının Elm, Texnologiya və İnnovasiya İşçi qrupunun 4-cü, Asiya və Sakit Okean İnformasiya Supermagistralı Komitəsinin 6-cı sessiyası keçirilib.

İşçi qrupunun fəaliyyəti üzv ölkələr arasında rəqəmsal texnologiyaların təşviqi, innovasiyaların və yaxşı idarəetmənin həyata keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, dövlət sektorunda innovasiyaların tətbiqi ilə dayanıqlı inkişafa nail olmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Sessiyada çıxış edərək Azərbaycanda rəqəmsallaşma və dövlət xidmətlərində innovasiyaların tətbiqi və bu istiqamətdə ən yaxşı təcrübələrin digər ölkələrə ötürülməsi, eyni zamanda post pandemiya dövründə rəqəmsal texnologiyaların populyarlaşması və yeni dövrə adaptasiya ilə bağlı fikirlərini bölüşüb. Sessiya çərçivəsində Asiya və Sakit Okean İnformasiya Supermagistralı Komitəsinin Rəqəmsal texnologiyalar və tətbiqlər İşçi qrupunda üzv ölkələrlə əməkdaşlıq və ortaq layihələrin həyata keçirilməsi müzakirə edilmişdir.


 BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası dünyanın 50-dən çox ölkəsini özündə birləşdirir.

A- A A+

Digər press-relizlər