Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" əməkdaşlarının andiçmə mərasimi keçirilib

23 iyun hər il ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində dövlət qulluqçularının andiçmə mərasimi baş tutub.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev əlamətdar hadisə münasibətilə əməkdaşlara təbriklərini çatdırıb, onlara bu məsuliyyətli və qürurlu yolda uğurlar arzulayıb.


Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan "ASAN xidmət" mərkəzlərində inzibati vəzifələr üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən  35 dövlət qulluqçusu and içib.

A- A A+

Digər press-relizlər