Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" əməkdaşları arasında minifutbol turniri keçirilib

"ASAN xidmət" əməkdaşları arasında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar minifutbol turniri keçirilib.

Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı, AFFA-nın Hakimlər Komitəsinin  tərəfdaşlığı ilə gerçəkləşib.

Final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.

Turnirin qalibi Dövlət Agentliyinin Quba regional "ASAN xidmət" mərkəzinin komandası olub.  2-ci və 3-cü yerləri isə müvafiq olaraq Dövlət Agentliyinin Aparatının və 3 saylı "ASAN  kommunal"  mərkəzinin komandaları tutub.

Ümumilikdə 5 aprel tarixindən start verilən turnirdə 29 komanda iştirak edib.

A- A A+

Digər press-relizlər