Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət" əməkdaşları arasında mini futbol turniri təşkil olunub

"ASAN xidmət" əməkdaşları arasında Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar mini futbol turniri keçirilib.

Turnir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşib.

Final mərhələsi ilə əlaqədar təşkil olunan tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və digər qonaqlar iştirak ediblər.

Turnirin qalibi Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" olub.  2-ci və 3-cü yerləri isə müvafiq olaraq 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin və Tovuz regional "ASAN  xidmət"  mərkəzinin komandası tutub.

Ümumilikdə 15 aprel tarixindən start verilən turnirdə 29 komanda iştirak edib.

A- A A+

Digər press-relizlər