Please ensure Javascript is enabled for purposes of website accessibility

"ASAN xidmət"də ödənişləri QR kodla ödəmək imkanı təmin edilib.

"ASAN xidmət"in "EPUL" platforması ilə birgə əməkdaşlığı çərçivəsində bank ödənişlərinin həyata keçirilməsi zamanı növbənin keçid qabiliyyətini artırmağa imkan verən innovativ həll təmin edilib.

Belə ki, vətəndaşlar Bakı şəhərində yerləşən "ASAN xidmət" mərkəzlərində sürücülük vəsiqələrinin dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, miqrasiya xidmətləri, həmçinin kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı xidmətləri üzrə ödənişlərini xüsusi QR kodlar vasitəsilə həyata keçirə bilərlər.

"ASAN xidmət" mərkəzlərində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir.

A- A A+

Digər press-relizlər