Please ensure Javascript is enabled for purposes of website accessibility

ASAN TV-nin “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ilə birgə ekran işi – “Zəfər Rəqsi”

Nizami Kino Mərkəzində “Zəfər Rəqsi” qısametrajlı bədii filminin qala-premyerası olub. “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təşəbbüsü ilə ASAN TV tərəfindən istehsal edilən film Vətən müharibəsində əldə edilən Zəfərin 5 illiyinə həsr olunub və çəkiliş prosesində “YAŞAT” Fondu ekspert dəstəyi ilə çıxış edib.

Mir Cəlal adına Hekayə Müsabiqəsinin mükafatçı əsəri, mərhum yazıçı Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilən bədii film Vətən müharibəsi qazisinin müharibədən sonrakı həyatından bəhs edir.

“Balakhani Operating Company” hasilat şirkətinin dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar.

Qala premyerada “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təsisçisi Ədibə Paşayeva,  ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, mədəniyyət naziri Adil Kərimli, Milli Məclis üzvləri, Vətən müharibəsi qaziləri, incəsənət xadimləri və digər  qonaqlar iştirak ediblər.

“Zəfər Rəqsi” qısametrajlı bədii filmi 8 Noyabr -  Zəfər Günündə İctimai TV-də tamaşıçılara təqdim olunacaq.

A- A A+

Digər press-relizlər