Please ensure Javascript is enabled for purposes of website accessibility

1 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə tədbir keçirmişdir.

 20 noyabr 1989-cu ildə BMT “Uşaq Hüquqları Konvensiyası”nın qəbul olunması münasibətilə 1 saylı Bakı “ASAN xidmət”  mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi  birgə tədbir keçirmişdir.

 Tədbir zamanı mərkəzdəki  uşaq guşəsində valideynlərə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindən Konvensiya haqqında məlumatı əks etdirən broşurlar paylanmış, uşaq hüquqlarının qorunması və təşviqinin vacibliyi haqqında məlumat verilmişdir.  Uşaqlara şarlar və kiçik hədiyyələr təqdim olunmuşdur.

 Eyni zamanda, uşaq guşəsində qurulmuş monitorda “uşaq hüquqları haqqında konvensiya”nın, uşaq hüquqları və onun müdafiəsinin cəmiyyətdə oynadığı mühüm rola həsr olunmuş video çarx təşviqat materialı qismində nümayiş etdirilmişdir.

 Qeyd olunan tədbir “ASAN xidmət” mərkəzinə müraciət etmiş vətəndaşlar- valideynlər tərəfindən böyük maraq və entuziazm ilə qarşılanmışdır.

 Foto: 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi birgə tədbir keçirmişdir.

 

A- A A+

Digər press-relizlər