Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki "ASAN xidmət" şəbəkəsinin "Səyyar xidmət" mərkəzi Qubada fəaliyyətə başlayıb.
Avropanın aparıcı telekanallarından olan “Euronews” Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan və vətəndaşlara vahid məkandan dövlət orqanlarının xidmətlərinin təqdim edildiyi “ASAN Xidmət” mərkəzi barədə reportaj hazırlamışdır.
Facebook-da aktiv olan dövlət qurumları arasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin adı xüsusi vurğulanmalıdır. Yarandığı qısa müddət ərzində “ASAN xidmət” mərkəzinin rəsmi fb səhifəsini 39 minə yaxın istifadəçi bəyənib.