“StartupFest Naxçıvan” proqramı başa çatıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində Naxçıvan Muxtar respublikasında “StartupFest Naxçıvan” proqramının final tədbiri keçirilib.
Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iştirakçılara və komandalara innovasiyaların, startapların inkişafı, bu istiqamətdə həyata keçirilən dəstək tədbirləri barədə məlumat verib.
2 ay davam edən “StartupFest Naxçıvan” proqramı çərçivəsində startap ideyaları olan komandalara müxtəlif mövzularda akselerasiya proqramı keçirilib. Modullar çərçivəsində komandalar təlimlərdən əldə etdikləri bilikləri startap ideyaları üzrə prototiplərin hazırlanmasında istifadə ediblər.
Tədbirdə startap komandaları ideyalarını təqdim edib və jürilər tərəfindən qiymətləndiriblər. Jürilərin səsverməsi nəticəsində qalib seçilən komandalara hədiyyələr təqdim edilib.
Proqramda yaşılenerji, kəndtəsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startaplar iştirak edib. Munsiflərin yekun qiymətləndirməsinə görə “Easy Agriculture” komandası 1-ci yeri tutub. Onların irəli sürdüyü startap layihəsi kənd təssərüfatında çalışanlara torpaq və bitki sağlamlığına dair daha dəqiq məlumata sahib olmağa, habelə baş verən dəyişikliklərə real vaxtda nəzarət etməyə imkan verəcək. Proqramın digər qalibləri isə “ScappMart” və “FAYDA” komandası olub.