Please ensure Javascript is enabled for purposes of website accessibility

“Texnologiya və innovasiya” üzrə işçi qrupunun məlumatı

27 oktyabr 2022-ci il tarixində “Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun növbəti iclası baş tutacaqdır.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının, Azərbaycan Elm Fondunun, elm və ali təhsil müəssisələrinin nümayəndələri və  ekspertlər iştirak edəcəklər.

Görüşün keçirilməsində məqsəd “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə bağlı 2022-ci il üzrə Yol Xəritəsi”nin icrası istiqamətində görülmüş işlərin 3-cü rüb üzrə hesabatının müzakirə olunması, növbəti rüblər üzrə görülməsi planlaşdırılan işlərin işlərin koordinasiya olunması və altqrupda təmsil olunan qurumların əlaqələndirilməsidir.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri qismində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi çıxış edir.

İclasda iştirak etmək istəyən şəxslər https://azranking.az/az/protocols-announcements/texnologiya-ve-innovasiya-uzre-isci-qrupunun-elmi-nesrlerle-bagli-beynelxalq-reytinq-gostericilerinin-h-indeksi-yaxsilasdirilmasi-uzre-altqrupunun-novbeti-iclasi-kecirilecekdir linki və ya https://azranking.az portalının onlayn müraciət bölməsi (https://azranking.az/online-apply ) vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.

A- A A+

Digər elanlar