Please ensure Javascript is enabled for purposes of website accessibility

Bizdən biri olmaq çox "ASAN"dır!

Vaxtını səmərəli keçirmək istəyən Sumqayıtlılar,

Seçimlərdə iştirak edin və bizim sıralarımıza qatılın!

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Sumqayıt “ASAN xidmət” mərkəzinə könüllü əsaslarla işləmək arzusunda olan gənc oğlan və qızları əməkdaşlığa dəvət edir.

Şəkilli CV-nizi hr@asan.gov.az elektron ünvanına mövzuda "Sumqayıt-könüllü" yazıb göndərin və müsahibədə iştirak edin.

Mərkəzlərdə könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Agentlik tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

Namizədlər üçün tələblər:

  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  • Kompüter bacarığı;

Könüllülük əsasında cəlb edilənlərin görəcəyi işlər:

  • Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində könüllü fəaliyyətin həyata keçirilməsi; 
  • Vətəndaşların qarşılanması, elektron lövhələrdən istifadə olunmasında köməkliyin göstərilməsi;
  • “ASAN Xidmət” mərkəzlərində fəaliyyət göstərən xidmətlər üzrə mərkəzlərə müraciət edən vətəndaşlara düzgün izah verilməsi;
  • Müraciətlərə əsasən anketlərin doldurulması və doldurulmasına köməkliyin göstərilməsi;
  • Əlillərin “ASAN Xidmət” Mərkəzində daha asan xidmət almasına dəstək, xidmət müddətində onlara qayğının göstərilməsi; 
  • Mərkəzə gəlmiş  valideynlərin uşaqlarına xüsusi qayğının göstərilməsi;  
  • Vətəndaşların məlumatlandırılması və digər köməkliklərin göstərilməsi.

 

 

A- A A+

Digər elanlar