Please ensure Javascript is enabled for purposes of website accessibility

“ASAN xidmət” BMT-nin mükafatı ilə təltif edildi

26 iyun 2015-ci il tarixində Kolumbiyanın Medellin şəhərində 2015-ci il Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətlərinin göstərilməsi sahəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub.

Ətraflı

“ASAN xidmət” Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və tabeliyində olan “ASAN xidmət” mərkəzləri Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən 13 sahə üzrə keçirilən və müxtəlif dövlətlərdən olan 700-dən çox müəssisənin müraciət etdiyi müsabiqənin “Dövlət xidmətlərinin həyata keçirilməsinin təşkilində təhlükəsiz əmək şəraitinin qurulması” sahəsi üzrə qalibi olub.

Ətraflı

Sabirabad “ASAN xidmət” mərkəzi OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb

19 fevral 2014 – cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi «ASAN xidmət» mərkəzlərinə müraciət edən vətəndaşların hüquq və maraqlarını nəzərə almaqla səmərəliliyə və vətəndaş məmnunluğuna daim nail olunması və mütəmadi olaraq artırılması istiqamətində İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb.

Ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - "ASAN xidmət" mərkəzlərinin keyfiyyətli idarə olunması ilə bağlı İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi İSO 9001:2008 idarəetmə standartı üzrə beynəlxalq sertifikata layiq görülmüşdür.

Ətraflı

“ASAN xidmət”in rəsmi internet səhifəsi “NETTY-2013” mükafatına layiq görülmüşdür

NETTY 2013 Azərbaycan Milli İnternet Mükafatının dövlət saytı nominasiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyininwww.asan.gov.azrəsmi internet səhifəsi birinci yerə layiq görülmüşdür. NETTY Azərbaycan Milli İnternet Mükafatı – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın birinci peşəkar milli mükafatıdır.

Ətraflı