- ərizə
- ərizəçi fiziki şəxs olduqda -şəxsiyyətini təsdiq edən sənədin surəti;
- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti;
- ərizəçinin nümayəndəsi müraciət etdikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
- ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surəti;
- ərizəçi idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən subyektin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən sənəd və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) surəti;
dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
150 manat
Dublikatın verilməsi - 10 manat
7 iş günü
Dublikatın verilməsi – 3 iş günü
Qeyd 1: Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyətinin yoxlanılması, yeyinti məhsullarının ekspertizadan keçirilməsi zamanı tətbiq olunan müddətlər qeyd olunan müddətə daxil edilmir.
Qeyd 2: Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı zamanı göstərilən xidmətlərin dəyəri yuxarıda qeyd olunan məbləğə aid deyil.
Qeyd 3: Dublikatın verilməsi üçün ərizə; ərizəçi fiziki şəxs olduqda - şəxsiyyətini təsdiq edən sənədin surəti; ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti; ərizəçinin nümayəndəsi müraciət etdikdə onun səlahiyyətlərini təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd tələb olunur.