- ərizə;
- ərizəçi fiziki şəxs olduqda -şəxsiyyətini təsdiq edən sənədin surəti;
ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti;
- ərizəçinin nümayəndəsi müraciət etdikdə onun səlahiyyətlərini təsdiq edən sənəd;
- idxal üçün yeyinti məhsulunun mənşə ölkəsini təsdiq edən sertifikat, alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş tərcüməsi, idxal ediləcək yeyinti məhsuluna dair hesab-faktura (invoys), onun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənəd;
- ixrac üçün alqı-satqı müqaviləsi, ixrac olunan yeyinti məhsulunun növündən asılı olaraq fitosanitar sertifikatı, baytarlıq sertifikatı, yeyinti məhsullarının ixracı ilə bağlı idxalçı ölkələrin, o cümlədən Avropa İttifaqının bu sahədə tələblərini əks etdirən sənədlər.
20 manat
7 iş günü
Yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrinə təsdiqedici kod nömrəsinin verilməsi ilə bağlı göstərilən xidmətlərin dəyəri yuxarıda qeyd olunan məbləğə aid deyil.