1. Diplomatik nümayəndənin xidməti vəsiqəsi və ya təmsilçi xidmətlərindən istifadə olunduğu hallarda təmsilçiliyi təsdiq edən sənəd;
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanlanan rəsmi məlumat;
3. Qanunvericiliklə nəzərdə tutulan mal-müşayiət sənədləri və tələb olunan müvafiq icazə sənədləri.
30 manat
Dərhal
Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən diplomatik yüklərin gömrük rəsmiləşdirilməsi güzəştli qaydada həyata keçirilir.
Gömrük güzəştləri dedikdə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən malların saxlancına görə ödənişlər və Azərbaycan Respublikasının gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata keçirilməsinə görə aldığı gömrük ödənişləri istisna edilməklə, malların gömrük ərazisinə gətirilməsi qaydalarına riayət edilməsi şərti ilə gömrük ödənişlərindən azad olunmaqla gömrük ərazisinə gətirilməsi və gömrük baxışından azad olunması halları nəzərdə tutulur.
Gömrük güzəştlərindən istifadə edən şəxslər dedikdə, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 53-cü fəslində göstərilən şəxslər nəzərdə tutulur.
Gömrük güzəştləri Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ünvanlanan rəsmi məlumatın təqdim edilməsi yolu ilə tətbiq edilir.
Azərbaycan Respublikasının gömrük ərazisinə güzəştli qaydada gətirilən diplomatik yüklərə dair gömrük nəzarəti aidiyyəti üzrə gömrük orqanlarında həyata keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə 26 aprel 2016-cı il tarixli 168 nömrəli Qərarının 2.4-cü bəndinə müvafiq olaraq, malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır.
Bu xidmət yalnız 5 saylı Bakı "ASAN xidmət" mərkəzində həyata keçirilir.