Yeni istehlakçının qeydiyyata alınması
Zəruri olan sənədlərin siyahısı
Əhali abonentləri üçün:
- Şəxsiyyət vəsiqəsi;
- Texniki şərt(zəruri olduqda);
- Mülkiyyəti təsdiq edən sənəd (çıxarış, sərəncam, bələdiyyə qərarı, order və s.).
- Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış;
Qeyri-əhali abonentləri üçün:
- VÖEN (olduğu halda) və şəxsiyyət vəsiqəsi (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün);
- Texniki şərt (zəruri olduqda);
- Hüquqi şəxsin təmsilçisinə (nümayəndəsinə) verilən müvafiq məktub, nümayəndənin şəxsiyyət vəsiqəsi və VÖEN (hüquqi şəxs olduğu halda);
- Mülkiyyəti təsdiq edən sənəd (çıxarış, sərəncam, bələdiyyə qərarı, order və s.).
Xidmət haqqı
Ödənişsiz
Müddət
Dərhal
Qeyd
Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış təqdim olunmadıqda və ya yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin sayı mövcud vəziyyətə uyğun olmadığı halda, sudan istifadə edən şəxslərin sayı orta statistik əhali sayına uyğun olaraq hesablanır.
Bu xidmət “ASAN Kommunal” mərkəzləri ilə yanaşı 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində, həmçinin regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.