Əhali abonentləri üçün:
Qeyri-əhali abonentləri üçün:
Texniki şərtin verilməsi-Ödənişsiz; Qoşulma: Əhali-ödənişsiz; Qeyri-əhali ödənişli (ödəniş sifariş əsasında müəyyən edilir).
Texniki şərt verildikdən sonra 2(iki) il müddətində qüvvədədir.
Fərdi yaşayış evinin su təchizatı və kanalizasiya sistemlərinə birləşdiriləcəyi paylayıcı şəbəkə və qurğulara qədər məsafə 30 metrə qədər olduğu halda, qoşulmalar “Azərsu” ASC tərəfindən hazırlanan texniki şərtlərə əsasən, bu məsafədən artıq olduğu halda fərdi yaşayış evinin yerləşdiyi ərazinin perspektiv layihəsinə uyğun şəbəkələrin inşası ilə verilməlidir.
Qeyri-əhali abonentləri üçün su təchizatı və kanalizasiya sistemlərinə qoşulma işləri və xətlərin çəkilişi sifarişçinin vəsaiti hesabına həyata keçirilir.
Qoşulma nöqtəsinə qədər sifarişçi tərəfindən çəkiliş texniki normalara uyğun həyata keçirilməlidir.
Qoşulma nöqtəsinə qədər sifarişçi tərəfindən çəkiliş texniki normalara uyğun həyata keçirildikdən, qoşulma xərcləri sifarişçi tərəfindən tam ödənildikdən (qeyri-əhali abonentləri üçün) və müraciət olunduqdan sonra abonentin şəbəkəyə qoşulması 15 (on beş) iş günü müddətində həyata keçirilir.