Əhali və qeyri-əhali abonentləri üçün:
Ödənişsiz
Dərhal
“Azərsu” ASC tərəfindən yeni quraşdırılmış sayğacın dəyəri qeyri-əhali abonentləri tərəfindən tam ödənilməli, sayğac zəmanət müddəti ərzində abonentin təqsiri olmadan istismara yararsız hala düşdükdə və bu səbəbdən dəyişdirildikdə sayğacın dəyişdirilməsi üçün ödəniş tələb edilmir.
Abonent tərəfindən quraşdırılmış sayğaclar zədələndikdə və ya digər qüsurlar aşkar edildikdə bununla bağlı xərclər abonent tərəfindən ödənilir.
“Azərsu” ASC tərəfindən yeni quraşdırılmış sayğac əhali abonentləri tərəfindən istismara yararsız hala salındıqda, sayğacın dəyəri və dəyişdirilmə xərcləri abonent tərəfindən ödənilməlidir.
Bu xidmət “ASAN Kommunal” mərkəzləri ilə yanaşı 4 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzlərində, həmçinin regional "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.