Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli qərarı ilə müəyyən olunur.
Xidmət növü | 150 kvt-a qədər | 150 kvt-dan çox olduqda |
Trassanın seçilməsi, texniki şərtin və layihə sənədinin hazırlanması | 10 gün | Texniki şərtin verilməsi 10 iş günü; Layihə-smeta sənədinin hazırlanması 5 iş günü. |
Enerji təchizatı şəbəkəsinə qoşulma | 10 gün | Layihə-smeta sənədi əsasında müəyyən olunur. |
Sifarişçi tərəfindən obyekt üçün tələb olunan enerji gücü yük hesabatına uyğun olaraq müəyyən olunur.
Yuxarıda qeyd olunmuş bütün sənədlər iri enerji istehlakçıları (MTK-lar, iri müəssisələr və s.) olduğu halda tələb olunur, digər hallarda isə ilk 5 sənəd tələb olunur.
Sahibkarların tikinti obyektlərinə əlavə güc alması (bu şərtlə ki, əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək güc 150 kVt-dan çox olmasın) tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. Əlavə gücün alınması ilə bağlı müraciət olunduqda ərizə və mövcud texniki şərt tələb olunur.
Sifarişçi mərkəzlər tərəfindən ona verilmiş texniki şərtləri və layihə sənədlərini itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün abonent kodunu və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməklə mərkəzlərə müraciət edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilir.
Mülkiyyətin təyinatı dəyişdiyi halda bunu təsdiq edən icra hakimiyyətinin sərəncamı tələb olunur (əhali təyinatlı obyektlərdən qeyri-əhali təyinatı üzrə istifadə olunduğu hallarda).
Obyekt fiziki şəxs tərəfindən icarəyə verildikdə notarial qaydada təsdiqlənmiş müqavilə tələb olunur.
Bu xidmət “ASAN Kommunal” mərkəzləri ilə yanaşı regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.