Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 iyul tarixli 327 nömrəli qərarı ilə müəyyən olunur
24 gün
Başqa şəxs müraciət etdiyi halda, qanunvericilikdə müəyyən olunmuş qaydada verilən etibarnamə və müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilməlidir.
Abonentin qeydiyyat ünvanı üzrə qeydiyyatda olan digər şəxslər də müraciət edə bilərlər (şəxsiyyət vəsiqəsini təqdim etməklə).
Yaxın qohumlar (ata, ana, baba, nənə, ər (arvad), uşaqlar, bacı, qardaş) qohumluq əlaqələrini təsdiq edən sənədləri təqdim etməklə xidmətə müraciət edə bilərlər.
Mənzil Tikinti Koorperativləri (MTK) tərəfindən verilən alqı-satqı müqavilələri həmin MTK-lar tərəfindən təsdiqlənir.
Mülkiyyət sənədində payçılar mövcud olduğu halda (mülkiyyət sənədində qeyd olunan ünvan üzrə payçıların hər biri ayrıca abonent olduğu və ya payçıların özləri iştirak etdiyi hallar istisna olmaqla) onların notarial qaydada razılıq ərizəsi tələb olunur.
Sifarişçi mərkəzlər tərəfindən ona verilmiş texniki şərtləri itirdikdə, o, həmin sənədlərin dublikatının alınması üçün abonent kodunu və müraciət edən şəxsin şəxsiyyət vəsiqəsini təqdim etməklə mərkəzlərə müraciət edir. Həmin sənədlərin dublikatı müraciət edildiyi gün mərkəzlər vasitəsilə sifarişçiyə ödənişsiz verilir.
Məişət abonentləri tikinti obyektlərinə əlavə güc alması tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir.
Bu xidmət “ASAN Kommunal” mərkəzləri ilə yanaşı 4 və 5 saylı Bakı "ASAN xidmət" və regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.