Please ensure Javascript is enabled for purposes of website accessibility

İndoneziyanın İnzibati və Bürokratik İslahatlar nazirinin müavini “ASAN xidmət”də

27 sentyabr 2017-ci il tarixində İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar nazirinin müavini xanım Diah Natalisanın rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı “ASAN xidmət” mərkəzi, Səyyar ASAN xidmət avtobusu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən “ABAD” sənətkarlıq mərkəzinin fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 18 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, "ASAN xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan nümayəndə heyəti "ASAN xidmət"ə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar nazirinin müavini xanım Diah Natalisanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi cari ilin 24 iyul tarixində Dövlət Agentliyi ilə İndoneziya Respublikasinin İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası istiqamətində müzakirələr aparmaq və görüşlər keçirmək olub.
 

 

A- A A+

Digər press-relizlər