Please ensure Javascript is enabled for purposes of website accessibility

İndoneziya nümayəndə heyəti ASAN təlimlərinə cəlb olunub

24 iyul 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Müvafiq memorandumun implementasiyası çərçivəsində 4-6 iyul 2018-ci il tarixində İndoneziya Respublikasının müxtəlif regionlarını təmsil edən nümayəndə heyəti ölkəmizə səfər edib. Məqsəd “ASAN xidmət” mərkəzləri ilə tanış olmaq və Dövlət Agentliyi tərəfindən onlar üçün təşkil edilən təlimlərdə iştirak etmək olub.

Səfər müddəti ərzində İndoneziya nümayəndə heyətinə “ASAN Təlim-Tədris Mərkəzi”ndə Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən “İnteqrasiya olunmuş xidmətlər və innovasiyalar üzrə Azərbaycan modeli” başlığı altında müxtəlif mövzular üzrə təlimlər keçirilib.

Həmçinin qonaqlar səfər zamanı 3 və 5 saylı “ASAN xidmət” mərkəzləri və “ASAN Radio”nun fəaliyyəti ilə tanış olublar.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

A- A A+

Digər press-relizlər